Ermənistanda 6 hərbçiyə cinayət işi açılıb
23.09.2016 13:48 Dünyadan reaksiya 1098
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərinin qətli ilə əlaqədar 6 hərbçi barəsində cinayət işi açılıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsi rəisinin müşaviri Sonna Truzyan bildirib.
Onun sözlərinə görə, əsgər Narek Patatanyana qarşı zor da tətbiq edilib.
Məlumata görə, 6 nəfərə qarşı vəzifədən sui-istifadə, hərbçinin təhqir edilməsi, tabeçiliyində olana qarşı zor tətbiqi və s. maddələr üzrə cinayət işi açılıb. Onlardan 5-i əsgər, biri isə Ermənistan ordusunun leytenantıdır.
Qeyd edək ki, hadisə sentyabrın 16-da baş verib.
Reaksiya.az
Şərhlər