İran "Türk Axını" ndan istifadə etmək istəyir
03.06.2015 14:40 Dünyadan reaksiya 1161
İranlı rəsmilərdən Əzizullah Ramazani nüvə razılaşmalarından sonra ABŞ sanksiyaları qaldırsa, İran neftinin izləyəcəyi rotalarda birinin də "Türk axımı" ola biləcəyini söyləyib.
İran Milli Qaz Şirkətinin rəsmilərindən Əzizullah Ramazani Avropaya qaz nəqlində ortaq bir sahədə birləşə biləcəyini və gələcəkdə İran ilə Rusiya təbii qaz boru xətlərinin bir nöqtədə birləşə biləcəyini söyləyib.
Ramazani, Fransanın paytaxtı Parisdəki Təbii qaz Konqresi çərçivəsində həyata keçirilən görüşlərdən birində, '' Bu mümkündür. Hələ bununla əlaqədar bir görüşülmədi, amma buna başlanması yaxşı bir fikir ola bilər. Çünki Rus və Türk təbii qaz boru xəttinin Avropaya getdiyi nöqtə, eyni zamanda İran qazının Avropaya çatdırıldığı bir nöqtə də ola bilər '' - deyib.
Bir sıra marşrutları müzakirə edirik
Digər tərəfdən Tehranın təbii qaz daşınması üçün düşünüb daşındığı tək rotanın Türk axımı olmadığını ifadə edən Ramazani Qara dəniz, İraq, Suriya və Aralıq dənizi kimi müzakirə etdikləri 5-6 rotanın da olduğunu deyib.
'' Bunların hər biri iqtisadi məhsuldarlığı baxımından dəyərləndirilməli” - deyən Ramazani qərara isə yalnız beynəlxalq sanksiyaların qaldırılmasından sonra gələ biləcəklərini bildirib.
Şərhlər