İngiltərənin baş naziri: “İŞİD - ə qoşulub həyatınızı məhv etməyin”
21.07.2015 13:27 Dünyadan reaksiya 2074
İngiltərə Baş naziri Cameron İngiltərədə çoxlu sayda müsəlmanın yaşadığı Birmingham şəhərində etdiyi çıxışında hökumətin 5 illik “Radikal İslamla mübarizə” planını açıqlayıb.
Cameron: “İngiltərə İŞİD - ə qarşı daha aktiv olmalıdır”
İraq Şam İslam Dövləti (İŞİD) kimi terror təşkilatlarının gənc ingilis müsəlmanların beynini ifrat və zəhərli ideologiyalarla yuduğunu bildirən İngiltərənin baş naziri David Cameron İraq və Suriyaya gedib İŞİD - ə qoşulan gənclərə də səslənməyi unutmayıb:
"Orada çox dəyərli bir üzv olmayacaqsınız. Sizdən istifadə edəcəklər. Əər kişisinizsə beyninizi yuyacaq, bədəninizə bombalar bağlayıb sizi havaya uçuracaqlar. Gənc bir qızsınızsa, sizi əsir alacaq və zorlayacaqlar. Təəssüf ki,bu, mərhəmətsiz və iyrənc İŞİD – in acı reallığıdır".
Pasportları ləğv edilə bilər
Çıxışında valideynlərin uşaqlarının səyahətlərinin qarşısını almaq məqsədi ilə pasportlarını ləğv etdirə biləcəklərini açıqlayan Cameron ölkədəki inteqrasiya probleminə də toxunub.
“Ölkədə doğulub böyüyən bir çox şəxsin özünü oraya aid hiss etmədiyi gerçəyi ilə üzləşilməli olduğunu” söyləyən Cameron inteqrasiya məsələsi ilə maraqlansın deyə hökümət rəsmisi Louise Caseyə təlimat verdiklərini və önümüzdəki ilə kimi Caseyin məsələ ilə bağlı təkliflər paketini hazırlayacağını qeyd edib.
700 ingilis vətəndaşı İŞİD - ə qoşulub
Ölkədə 3 milyona yaxın müsəlman yaşayır, bu sayı əhalinin təxminən 5% - ni təşkil edir. İngiltərədən Suriya və İraqa təxminən 700 ingilis vətəndaşının İŞİD – ə qoşulmaq üçün getdiyi bildirilir. Gedənlər arasında gənc qızlar və qadınlar da var.
Şərhlər