Misirdə miqrantları daşıyan qayıq batıb, ölü sayı artır
23.09.2016 23:11 Dünyadan reaksiya 1113
Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb.
APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub. Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.
Şərhlər