ABŞ İraqda ölümcül silahdan istifadə etdi
24.09.2016 20:12 Dünyadan reaksiya 992
ABŞ hərbi qüvvələri İraqda əməliyyatlar zamanı ağ fosfor mərmilərindən istifadə edib.
Axar.az xəbər verir ki, bu iddianı “Vaşinqton Post” qəzeti irəli sürüb.
M825A1 olaraq tanınan silahların əsasən hərbçilərin irəliləyişini gizləmək yaxud siqnal göndərmək üçün istifadə edildiyi bildirilib.
Lakin sözügedən mərmilərin yaşayış sahələrində işlədilməsinin isə ciddi fəsadlara yol açdığı vurğulanıb.
ABŞ koalisiyasının məsul şəxsləri bu silahdan düşmənə qarşı istifadə etmədiklərini açıqlayıb.
Şərhlər