Fələstinli qızın ağlaması Merkelin fikrini dəyişdirməyib
21.07.2015 14:23 Dünyadan reaksiya 2106
Almaniyanın baş naziri Angela Merkel "Hamıya gəlin desək, çətin vəziyyətdə qalarıq" - sözləri ilə fələstinli bir qız uşağını ağlatdığına görə tənqid olunduqdan sonra özünü müdafiə etmək üçün açıqlama verib.
Almaniyanın baş naziri Angela Merkel keçən həftə “Almaniyada yaşamaq yaxşıdır” layihəsi çərçivəsində bir araya gəldiyi şagirdlərdən 14 yaşındakı Fələstinli Reemlə arasında keçən dialoqdan peşman olmadığını bildirib. Dövlət kanalı ARD – yə açıqlama verən Merkel ağladığı üçün təsəlli etdiyi Reemi anladığını və kiçik qıza dürüst davrandığını söyləyib.
Bu rəftarının yerində olduğunu düşünən Merkel, "İnsanlara, sırf baş nazirlə tanış olduqlarına görə problemlərini digər insanlarınkından daha sürətli həll edə biləcəklərini söyləmək səhv olar" - deyib. Almaniyanın hüququn üstünlüyünə görə idarə olunduğunu vurğulayan Merkel qeyd edib ki, yenə də ağlayan kiçik bir qız görəndə ona təsəlli vermək lazımdır.
Xatırladaq ki, Almaniyanın baş bazirinin şagirdlərlə görüşü zamanı söz istəyən Reem ailəsinin çətin vəziyyətdə olduğunu, qeyri-müəyyənlik içində yaşadıqlarını və sığınma ilə bağlı müraciətlərinin rədd edildiyini baş nazirə çatdırmışdı. Baş nazir onu və digər emmiqrantları sərt bir dillə tənqid etmişdi. Bundan sonra Reem ağlamaya başlamış, Merkel də ona təsəlli verməyə çalışmışdı.
Şərhlər