ABŞ-da ticarət mərkəzində 5 nəfəri qətlə yetirən şəxsin türk əsilli olduğu üzə çıxıb - FOTOLAR

25.09.2016 11:18     Dünyadan reaksiya     1190

 Dünən Vaşinqton ştatının Berlinqton şəhərindəki “Cascade Mall” ticarət mərkəzində atəş açaraq 5 nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, polis həmin şəxsin Türkiyə əsilli 20 yaşlı Arcan Çetin olduğunu açıqlayıb.
 
Vaşinqton ABŞ-da edam cəzasının qüvvədə olduğu ştatlardan biridir. 5 nəfərin öldürən A. Çetin barədə edam qərarı veriləcəyi gözlənilir. 
 
 

Şərhlər

Çox oxunanlar