Hərbi təyyarələr Ankaradan çıxarıldı

25.09.2016 17:31     Dünyadan reaksiya     1109

Türkiyə hərbi təyyarələri Ankaradan çıxarılıb.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Fikri İşıq bildirib.
 
İşıq tank və zirehli texnikaların şəhərdən çıxarılmasından sonra bu addımı atdıqlarını vurğulayıb. Bundan əlavə, 11 helikopter də Ankaradan çıxarılıb.
 
Qeyd edək ki, sözügedən hərbi vasitələr dövlət çevrilişinə cəhd günü FETÖ-çular tərəfindən istifadə edilmişdi. 
 
 

Şərhlər

Çox oxunanlar