ABŞ-dakı atışmada ölənlərin sayı açıqlanıb

25.09.2016 21:43     Dünyadan reaksiya     1080

ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, Yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

 

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

 

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar