ABŞ-da İŞİD-ə qoşulmaq istəyən şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib

27.09.2016 08:39     Dünyadan reaksiya     937

 ABŞ-ın Kaliforniya ştatında İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Santa-Ana sakini, 25 yaşlı Nader Əlhuzayel ötən ilin mayında Suriyada terrorçulara qoşulmaq üçün Türkiyəyə yola düşdüyü zaman hava limanında saxlanılıb.
 
Məlumata əsasən, ABŞ-da indiyədək İŞİD-ə qoşulmaq istəyən 70 nəfər məsuliyyətə cəlb olunub. Şübhəli bilinənlərin əksəriyyəti müxtəlif cəzalara məhkum edilib.
 
 

Şərhlər

Çox oxunanlar