Yıldırım Medvedyevə zəng etdi
27.09.2016 18:22 Dünyadan reaksiya 1103
Türkiyənin Baş naziri Binəli Yıldırım ilə rusiyalı həmkarı Dmitri Medvedyev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, söhbət zamanı Yıldırım Duma seçkilərində qələbə münasibətilə Medvedyevi təbrik edib.
Görüşdə iki ölkə arasındakı münasibətlər, regionda baş verən hadisələr müzakirə olunub.
Xatırladaq ki, Vahid Rusiya Partiyası seçkilərdə böyük üstünlüklə qələbə qazanaraq, Dumada 343 deputat mandatı əldə edib.
Şərhlər