İŞİD türk hərbçilərə hücum edib, 3 yaralı var

27.09.2016 21:03     Dünyadan reaksiya     1208

Suriyanın şimalında yerləşən Çobanbəy rayonunda İŞİD terrorçuları türk hərbçilərə hücum edib.

Türkiyə Baş Qərargahının yaydığı məlumata görə, hücum nəticəsində 3 əsgər yaralanıb.

Yaralı əsgərlər Suriya ilə sərhəddə yerləşən Kilisə gətiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.( AzVison.Az)

 

Reaksiya.az

Şərhlər