Səddam ordusunun generalı İŞİD-in hərbi rəhbəri oldu
28.09.2016 11:47 Dünyadan reaksiya 1069
Səddam Hüseynin vaxtında İraq ordusunun keçmiş yüksək vəzifəli zabiti Əbu Taha ləqəbi ilə daha yaxşı tanınan Yasin əl-Muadhidi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yeni hərbi naziri təyin olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Əbu Taha İŞİD rəhbərliyində ən yaşlı kimandirlərdən biridir. O, beş il əvvəl terror qruplaşmasına sədaqət andı içib.
Məlumatda qeyd edilir ki, Əbu Taha Səddam Hüseynin vaxtında İraq ordusunda bir sıra rəhbər mövqelərdə, o cümlədən xüsusi təyinatlıların komandiri olub. O 2003-cü ildə general-leytenant rütbəsində idi.
Əbu Taha İŞİD-in hərbi naziri postunda Əbu Umar əş-Şişiani ləqbi ilə tanınan Tarhan Batarişvilini əvəz edib. O, bu ilin yazında məhv edilib.
Şərhlər