ABŞ Somalini bombaladı - 22 ölü, 16 yaralı

29.09.2016 16:40     Dünyadan reaksiya     974

ABŞ pilotsuz təyyarələrinin Somalinin Qalkayo şəhərini bombalaması nəticəsində 22 hərbçi ölüb, 16 nəfər yaralanıb.
 
Avropa.info xəbər verir ki, zərbə şəhərdən 30 km məsafədə yerləşən hərbi bazaya endirilib. Ölü və yaralılardan başqa hərbi maşın məhv edilib. 
 
Hava zərbəsindən sonra yerli sakinlər küçələrə çıxaraq, antiamerikan şüarları qışqırıblar.
 
Qeyd edək ki, ABŞ Somalidə elə də böyük olmayan hərbi kontingent saxlayır. ABŞ Somalidə “Əş-Şəbab” qruplaşması ilə mübarizə apardığını bildirir. 
 
 

Şərhlər