Rusiya vətəndaşları Türkiyəyə ölkədaxili pasportla səfər edə biləcəklər

29.09.2016 17:58     Dünyadan reaksiya     905

Rusiya ilə Türkiyə arasında gediş-gəliş prosedurunun asanlaşdırılmasına dair saziş hazırlanır.
 
APA-nın İsrail mətbuatına istinadən verdiyi məlumata görə, Antalya Ticarət-Sənaye Palatasının təşəbbüsünə əsasən, Rusiya vətəndaşları xarici pasport olmadan Türkiyəyə səfər edə biləcəklər.
 
Yəni, səfərlər üçün Rusiya daxilində istifadə olunan pasport (şəxsiyyət vəsiqəsi) kifayət edəcək.
 
Türkiyənin turizm zonalarında fəaliyyət göstərən alış-veriş mərkəzlərinin üzərinə rus rublu qəbul etməyə öhdəlik qoyula bilər.
 
 

Şərhlər