İran və İtaliya birgə hərbi təlim keçirib

29.09.2016 18:04     Dünyadan reaksiya     1021

İran və İtaliya Fars Körfəzində müştərək hərbi təlim keçirib. 
 
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Salahlı Qüvvələrinin Hərbi Dəniz Bölmələrinin mətbuat xidməti məlumat yayıb.
 
Hərbi təlimdə İtalyanın “Evro” hərbi gəmisi və İranın hərbi gəmiləri iştirak edib. Təlimlər İran və İtaliya hərbi dəniz qüvvələri arasında hərbi bacarıqların artırılması, informasiya və hərbi təcrübə mübadiləsi aparmaq məqsədilə keçirilib. İtalyanın “Evro” hərbi gəmisi İranın Bəndər Abbas limanında 4 gün qalıb.
 
Təlimlərdə İran tərəfdən “Əlvənd” və “Əlborz” gəmiləri, hərbi helikopterlər iştirak edib.
 
 

Şərhlər

Çox oxunanlar