Yüzlərlə FETÖ-cu bu ölkəyə üz tutur

29.09.2016 18:09     Dünyadan reaksiya     1084

15 iyul dövlət çevrilişinə cəhddən sonra yüzlərlə FETÖ-cu siyasi mühacir statusu almaq üçün Almaniya hökumətinə müraciət edib.
 
Axar.az “Die Zeyt” qəzetinə istinadən xəbər verir ki, paytaxt Berlində fəaliyyət göstərən “Dialoq və Təhsil Vəqfi” bu işdə FETÖ üzvlərinə böyük dəstək verir.
 
Bu arada Almaniyada yaşayan gülənçilər diqqət çəkməmək üçün övladlarını FETÖ təhsil ocaqlarından çıxarmağa başlayıb. Yeni tədris ilində təkcə Ştutqart şəhərində fəaliyyət göstərən “Bil Okulları”ndan 65 şagird çıxarılıb.
 
 

Şərhlər