Ermənistanda məktəblilər tətil elan etdilər

29.09.2016 19:21     Dünyadan reaksiya     850

Ermənistanın Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər.
 
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, şagirdlər qəza vəziyyətində olan binada təhsil almaq istəmədiklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.
 
Hadisə yerinə gələn rəsmi nümayəndələr şagirdləri binaya qaytarmağa və qarışıqlığa son qoymağa çalışıblar, lakin onlara qulaq asan olmayıb.
 
Vardenisdə yeni məktəbin tikintisi üçün hələ 2011-ci ildə hökumət təxminən 1 milyon dollar vəsait ayırıb. Lakin həmin pullar mənimsənilib.
 
 

Şərhlər