Rusiyada şəhər meri həbs edilib
30.09.2016 09:54 Dünyadan reaksiya 1117
Rusiyanın Sankt Peterburq şəhəri yaxınlığında yerləşən Kolpino şəhərinin icra başçısı Vadim İvanov 2003-cü ildə törətdiyi soyğunçuluğa görə bir ay müddətinə həbs olunub.
APA-nın “FlashNord”a istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqun Oktyabr Rayon Məhkəməsindən bildirilib.
İstintaq materiallarına əsasən, Vadim İvanov 2003-cü ilin oktyabrın 4-də yaşayış binalarından birinin girişində qadına tapança ilə hədə-qorxu gələrək xəsarətlər yetirib, 1,4 mln. rubl məbləğində (50 min dollar) pulunu əlindən alaraq, hadisə yerini tərk edib.
Bundan əvvəl Vadim İvanov həmin cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdı.
Şərhlər