Netanyahu- Carter görüşündən geriyə bir tək şəkillər qaldı

22.07.2015 04:15     Dünyadan reaksiya     2585

ABŞ müdafiə naziri Carter Yaxın Şərqdəki müttəfiqlərini İranla razılaşma mövzusunda razı salmaq məqsədi ilə çıxdığı səfər çərçivəsində getdiyi İsraildə Baş nazir Netanyahu ilə görüşüb. Qüdsdə reallaşan görüşlə əlaqədar mətbuata heç bir açıqlama verilməyib.İsrail nazirlər kabinetinin mətbuat xidməti də görüşə dair bir neçə şəkil yaymaqla kifayətlənib.

İsrailli həmkarı Moşe Yalon ilə də əvvəlki gün görüşən Carter İsraillə qarşılıqlı münasibətlərin həmişəkindən daha güclü olması ilə bağlı mesaj vermişdi.

Yalon da İran ilə əldə edilən razılaşmaya etiraz etdiklərini, razılaşmanın imzalanmasından yaranacaq fəsadlardan narahat olduqlarını bildirmişdi.

Şərhlər