Gürcüstan Patriarxı II İlya Roma Papası ilə görüşüb
30.09.2016 23:14 Dünyadan reaksiya 1027
Nizami Məmmədzadə-APA. “Gürcüstanda demək olar ki, 500 min insan öz ölkəsində qaçqınlıq həyatı yaşayır. Tsxinvali və Abxaziya Gürcüstanın qədim torpağıdır, gürcü və abxaz xalqı arasında heç vaxt münaqişə olmayıb. Bu, süni münaqişədir”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan patriarxı II İlya Roma Papası ilə Gürcüstan Patriarxlığının iqamətgahında baş tutan görüşündə bildirib.
O, çıxışında işğal ilə bağlı problemlərin həll olunacağını bildirib: “Ən başlıcası, ölkəmizdə, bütün dünyada qəlblərdə olan problemləri həll etmək lazımdır. Bizim katolik və pravoslav kilsələrimiz dialoq yolu ilə bu problemləri həll edə bilər,” II İlya bildirib.
II ilya Roma Papasının Gürcüstana səfərini qardaş məhəbbətindən irəli gəldiyini bildirib. O, bəşəriyyətin problemlərdən əvvəl meydana gəldiyini qeyd edib: “Dünyada nəhəng qloballaşma prosesi gedir. Bu, özlüyündə pis deyil, lakin özü ilə təhlükə də gətirir. Bəşəriyyət elm və texnikanın inkişafı üçün irəliyə böyük addım atıb, lakin mənəviyyat və inam sahəsində çatışmazlıqlar var. Bu səbəbdən biz bu gün yeni çağırışlarla üzləşirik”, deyə patriarx bildirib.
Şərhlər