Venesuelada sərnişin avtobusu aşıb, 11 nəfər ölüb

30.09.2016 23:18     Dünyadan reaksiya     1077

Venesuelanın Bolivar ştatında ağır yol qəzası baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun aşması nəticəsində azı 11 nəfər ölüb, 14-ü xəsarət alıb.
 
Bolivar-Santa-Elena marşrutu üzrə hərəkət edən avtobus Braziliya sərhədi yaxınlığında qəzaya uğrayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri barədə məlumat verilmir. 
 
 

Şərhlər

Çox oxunanlar