Əfqanıstanda terror aktı baş verib

02.10.2016 10:38     Dünyadan reaksiya     1208

Əfqanıstanda terror aktı baş verib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, hadisə Helmand vilayətində qeydə alınıb. Vilayətin mərkəzi Laşkarşah şəhəri yaxınlığındakı Bolan bölgəsində yol kənarında yerləşdirilən bomba içində mülki vətəndaşların olduğu avtomobil ərazidən keçərkən partlayıb.

Nəticədə 4-ü uşaq olmaqla 7 nəfər yaralanıb. Hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

Helmand Vilayətinin sözçüsü Ömər Zuvak bombanın bölgədə "Taliban" silahlıları tərəfindən yerləşdirildiyini iddia edib. "Taliban" məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar