ABŞ-lı silah satıcısı müsəlmanların dükanına girməsini qadağan edib - VİDEO - FOTOLAR

22.07.2015 09:54     Dünyadan reaksiya     3059

 

ABŞ-ın Florida ştatında bir silah mağazasının sahibi müsəlmanların mağazaya girməsini qadağan edib. İrqi ayrı-seçkilik etməkdə günahlandırılan mağaza sahibinin, irqçiliyin simvolu olaraq görülən Konfederasiya Bayrağı ilə şəkil çəkdirməsi maraq yaradıb. Dükan sahibi Andy Hallinan ictimai media hesabından yerləşdirilən videoda “ölkəmdəki vətənpərvərliyi qorumaq mənim üçün qanuni və əxlaqi bir məsuliyyətdir. Buna görə də bundan sonra Florida Gun Supply silah mağazasına Müsəlmanlar girə bilməz" - deyib.

Bu qərarı Küveytdə doğulan Məhəmməd Yusuf Əbdüləzizin Tennesseede hərbi bazaya atəş açaraq 5 hərbçini öldürməsindən sonra aldığını ifadə edən Hallinan bildirib ki, vətənsevərlərə ziyan vurmaq istəyənlərə silah və sursat satmayacaq.

 

CAIR'DEN reaksiya gəldi

 

ABŞ-da bir çoxları tərəfindən ağ irqçiliyin simvolu kimi xarakterizə edilən Konfederasiya Bayrağı qarşısında açıqlama verən Hallinana Amerika-İslam Əlaqələri Şurası (CAIR) reaksiya verib.

CAIR – də verilən açıqlamada ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək bu açıqlamadan Federal Mülki Hüquqlar Qanununu pozulub pozulmadığı ilə bağlı istintaq açılmasını istəyəcəkləri ifadə edilib.

Şərhlər

Çox oxunanlar