Gürcüstanın sabiq müdafiə nazirinə sui-qəsd cəhdi olunub
02.10.2016 23:22 Dünyadan reaksiya 958
Gürcüstanda naməlum şəxslər majoritar qaydada deputatlığa namizəd, ölkənin keçmiş müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində Okruaşvilinin mühafizəçilərindən biri və sabiq nazirin rəhbəri olduğu “Gürcüstan Partiyası”nın fəallarından biri yaralanıb. Onların həyatı üçün hazırda təhlükə yoxdur.
Okruaşvilinin bildirdiyinə görə, hücum edənlər iki nəfər olub. Onların tapançadan atəş açıblar.
Gürcustan DİN hələlik hadisə ilə bağlı rəsmi məlumat verməyib.
Şərhlər