Hava limanında yoxa çıxmış fəhlə təyyarənin yük yerindən tapıldı

03.10.2016 00:33     Dünyadan reaksiya     1042

Portuqaliyanın paytaxtı Lissabon şəhərinin hava limanında qəribə hadisə baş verib.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, dünən səhər Lissabondan Anqolanın paytaxtı Luanda şəhərinə yola düşmüş “Angola Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan sonra məlum olub ki, sərnişinlərin baqajını təyyarəyə yükləyən fəhlələrdən biri yoxa çıxıb.

Bu barədə təyyarənin ekipajına dərhal məlumat verilib və qərara alınıb ki, hava gəmisi yola düşdüyü hava limanına geri qayıtsın. Təxminən bir saatdan sonra təyyarə Lissabonda yerə enib.

Yoxa çıxmış fəhlə təyyarənin yük yerində tapılıb. Məlum olub ki, o, işini bitirməyə imkan tapmamış təyyarə havaya qalxıb. Fəhlə havada olarkən onun bədəninin bəzi hissələrini don vurub. Həkimlərin bildirdiyinə görə, kişinin həyatı üçün təhlükə yoxdur.

 

Reaksiya.az

Şərhlər