Rusiyada 4,9 bal gücündə zəlzələ baş verib
04.10.2016 09:24 Dünyadan reaksiya 912
Sakit okeanın Kamçatka sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.
"Report" "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Geofizika Xidmətinin Kamçatka filialından xəbər verilib.
Məlumata görə zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 129 kilometr şimal-şərqdə, 49 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat olmayıb, sunami təhlükəsi elan edilməyib.
Şərhlər