Türkiyədə FETÖ ilə əlaqədar 88 hərbçi saxlanılıb
04.10.2016 14:04 Dünyadan reaksiya 1042
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində bu gün Konya Hərbi Hava Bazasında 21-i yüksək rütbəli zabit olmaqla, 56 nəfər saxlanılıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdindən sonra Konya Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan hərbçilərin Konya Hərbi Hava Bazasındakı otaqlarında axtarışlar davam edir. Saxlanılan şəxslər Türkiyənin Konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, silahlı üsyan, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilirlər.
Əskişəhər vilayətində və daha bir neçə şəhərdə keçirilən əməliyyat tədbirləri zamanı isə əksəriyyəti Hərbi Hava Qüvvələrinin üzvü olan 33 nəfər saxlanılıb.
Qeyd edək ki, Türkiyədə 15 iyulda hərbi çevriliş cəhdindən sonra Konya Hərbi Hava Bazasının komandiri general Haluk Şahar İstanbulda həbs edilib. General Haluk Şaharın hərbi çevriliş gecəsi bazada olan polkovnik Mustafa Ertürkə 4 “F16” qırıcı təyyarəsini hazır vəziyyətdə saxlaması barədə tapşırıq verdiyi üzə çıxıb. Konya Hərbi Hava Bazasında xüsusi təyinatlıların komandiri Yılmaz Bahar isə həmin gün hər biri 7 nəfərdən ibarət olmaqla, 3 dəstə ilə İstanbulda Hərbi Dəniz Qüvvələrinin komandanı və digər generalların olduğu Moda Dəniz Klubuna basqında iştirak edib.
Şərhlər