Gecə yarısı PKK-ya qarşı əməliyyat

04.10.2016 22:36     Dünyadan reaksiya     1046

Türkiyə Silahlı Qüvvələrinin tank taboru Şırnakın Cizrə mahalındakı Küpeli dağında məskunlaşan PKK-çılara qarşı əməliyyat keçirib.
 
Axar.az xəbər verir ki, xeyli zirehli texnikanın Kilis istiqamətində hərəkət etdiyi bildirilib.
 
Əməliyyatlara “Kobra” helikopterlərinin də dəstək verdiyi açıqlanıb. Məsələ ilə bağlı ətraflı məlumat verilməyib.
 
Qeyd edək ki, PKK-çılar sözügedən dağda əsasən qış aylarında sığınacaqlar qururlar.
 
 

Şərhlər

Çox oxunanlar