Gürcüstan prezidenti müxalif deputatdan üzr istədi

05.10.2016 23:44     Dünyadan reaksiya     827

Gürcüstan prezidenti Georgi Marqvelaşvili müxalif "Vahid milli hərəkat"ın deputatı Givi Tarqamadzenin Tbilisidə avtomobilinin partladılması nəticəsində xəsarət alanlardan üzr istəyib.

RİA Novosti xəbər verir ki, prezident, həmçinin seçkilər ərəfəsində cinayətlərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarını ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə sabiq prezident Mixail Saakaşvilinin partiyasının - "Vahid milli hərəkat"ın liderlərindən biri olan Givi Tarqamadzenin avtomobili partladılıb.

Hadisə nəticəsində sürücü və yoldan keçən iki nəfər zərər çəkiblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.(azvision.az)

 

Reaksiya.az

Şərhlər