ABŞ-ın Rusiyadakı səfirliyində bomba həyəcanı
06.10.2016 23:56 Dünyadan reaksiya 1000
ABŞ-ın Rusiyadakı səfirliyində bomba həyəcanı yaşanıb.
Rusiya mətbuatı xəbər verir ki, səfirliyin paytaxt Moskvada yerləşən binasına bomba qoyulması barədə anonim zəng edilib.
"Saat 20:10-da ABŞ-ın Rusiyadakı səfirliyində partlayış təhlükəsi barədə anonim zəng daxil olub", – deyə mənbə bildirib.
Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyib. (azvision.az)
Şərhlər