Pentaqon İraqdakı Başika bazası məsələsində Türkiyəni dəstəklədi
07.10.2016 11:39 Dünyadan reaksiya 947
"Türkiyə hərbçilərinin İraqda mövcudluğunun qanunsuz olduğu ifadəsi həqiqətə uyğun deyil".
"Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçülərindən Metyu Allen deyib.
O, yazılı rəsmi açıqlama verib və iki gün əvvəl İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü, polkovnik-leytenant Con Dorrian İraqdakı Türkiyə həbrçiləri haqda şərhinə münasibət bildirib.
Qeyd edək ki, Con Dorrian İraq torpaqlarındakı türk hərbçilərinin koalisiyaya aidiyyəti olmadığını və İraqın icazəsi olmadan Türkiyənin Başikada hərbi düşərgə saldığını söyləmişdi.
Metyu Allen koalisiya qüvvələri sözçüsünün brifinqdə belə demədiyini və onun dediklərinin yanlış şərh edildiyini bildirib.
M.Allen bildirib: "Türkliyə hərbçilərinin İraqda mövcudluğunun qanunsuz olduğu ifadəsi həqiqətə uyğun deyil. Bu fikir açıq-aşkar, tamamilə yalandır".
Pentaqon sözçüsü deyib ki, C.Dorrian Türkiyənin İraqdakı həbrçilərinin mövcudluğuna şərh verməyib.
Şərhlər