Putin Ermənistanla hərbi razılaşmanı Dumaya göndərdi
07.10.2016 15:12 Dünyadan reaksiya 1070
Rusiya prezidenti Vladimir Putin Ermənistanla vahid hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı razılaşmanı ratifikasiya üçün Dumaya təqdim edib.
RİA Novosti bildirir ki, bu barədə informasiyanı Rusiya Dumasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, tərəflər arasında bu müqavilə 23 dekabr 2015-ci ildə Moskvada imzalanıb. İyun ayında Ermənistan parlamenti vahid sistemin yaradılması haqqında müqaviləni təsdiq edib.
Şərhlər