Yəmən paytaxtına endirilmiş aviazərbədə şəhərin meri həlak olub

08.10.2016 23:36     Dünyadan reaksiya     1071

Yəmənin paytaxtı Sana şəhərinin meri Ədbülqədir Hilal Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin yas mərasiminə endirdiyi aviazərbə nəticəsində həlak olanların arasındadır.

Virtualaz.org bildirir ki, bu xəbəri “The New York Times” verib.

Zərbə nəticəsində 82 nəfər həlak olub, daha 534 yerli sakin xəsarət alıb. Ölənlərin sayının artacağı ehtimal edilir.

Sanadakı şiə qruplaşmalarının rəsmi nümayəndəsi Məhəmməd Əbdülsəlam bəyan edib ki, yas mərasiminə endirilmiş aviazərbə koalisiya qüvvələri tərəfindən növbəti soyqırım aktıdır.

 

Reaksiya.az

Şərhlər