Sarkisyan ABŞ-a gedir

08.10.2016 23:50     Dünyadan reaksiya     1020

Ermənistan prezidentinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, sabah, oktyabrın 9-da Serj Sarkisyan işçi səfərlə ABŞ-a gedəcək. O, Nyu-Yorkda “Ermənistan” investisiya forumunun işində iştirak edəcək.

Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, forumda aparıcı şirkətlərin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri. Ekspertlər, 100-ə yaxın beynəlxalq investor təmsil olunublar.

Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu xəbərin ardından Ermənistanın hakimiyyətyönlü kütləvi informasiya vasitələri dərhal Qərbin Ermənistana münasibətinin dəyişməsindən yazıblar. Belə şayiələrin yaranmasına həmçinin ABŞ tərəfindən “DQR” ordusuna C41SR müasir kəşfiyyat sisteminin ötürülməsi də səbəb olub.

Lakin bir sıra ictimai fəal və müxalifətçilər eyforiyaya qapılmamağı məsləhət görüblər və bildiriblər ki, bu səfər növbəti dilənçilikdən başqa bir şey deyil.

 

Reaksiya.az

Şərhlər