Yəmən ordusunun generalı öldürüldü

09.10.2016 10:08     Dünyadan reaksiya     1180

Yəmən ordusunun generalı Abd Rabbu Şəddadi husilərlə döyüşdə öldürülüb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sputnik” agentliyi yayıb. General aldığı yaralardan Yəmən xəstəxanasında ölüb.
 
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildə başlayıb. Ölkədə savaş Yəmən hökumət qüvvələri ilə şiələrdən ibarət husilər arasında aparılır. Yəmən hakimiyyətini Səudiyyə Ərəbistanı başda olmaqla əksər ərəb ölkələri dəstəkləyir. Husilərə isə əsas dəstəyi İran verir. 
 
 

Şərhlər