PKK bu dəfə Türkiyədə qatar partlatdı

11.10.2016 23:08     Dünyadan reaksiya     969

PKK terror qruplaşmasının üzvləri Türkiyənin şərqində, Ərzincan və Sivas vilayətlərinin arasında, yük qatarını partladıblar.
 
Oxu.az xəbər verir ki, bu barədə bu gün "Haber 7" qəzeti yazıb.
 
Bildirilir ki, terrorçular dəmir yolunu öncədən əldə düzəldilmiş və məsafədən idarə olunan partlayıcılarla minalayıblar.
 
Zərərçəkənlər və hadisənin təfərrüatları barədə məlumat yoxdur.
 
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
 
 

Şərhlər