Ankarada daha 225 polis əməkdaşı həbs edilib

12.10.2016 13:04     Dünyadan reaksiya     1061

Bu gün səhər saatlarında Ankarada FETÖ-ya (Fətullah Terror Təşkilatı) qarşı keçirilən əməliyyat tədbirləri zamanı xeyli polis əməkdaşı saxlanılıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, terror təşkilatının “ByBlock” kodundan istifadə etdiyi bildirilən 235 polis tutulub. Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri var.

 

Reaksiya.az

Şərhlər