Səudiyyə Ərəbistanının XİN rəhbərindən xəbərdarlıq – “Fəlakət olacaq”

14.10.2016 13:58     Dünyadan reaksiya     988

“Mosulu İŞİD-dən azad etmək üçün başladılacaq əməliyyatda Haşdi Şəbi qruplaşmasının iştirak etməsi böyük fəlakət olacaq və böhrana yol açacaq.”
 
Avropa.info xəbər verir ki,  bu sözləri mətbuata açıqlaması zamanı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr deyib.
 
Adil əl-Cübeyr mətbuata açıqlaması zamanı Türkiyə ilə Körfəz ölkələri arasındakı əməkdaşlıq başda olmaqla bir çox məsələyə münasibət bildirib.
 
Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurasının arasındakı sərbəst ticarət bölgəsinin yenidən həyata keçirilməsi ilə bağlı həmfikir olduğunu vurğulayan əl-Cübeyr sərbəst ticarətin bütün sahələrdə həyata keçirilməsinin hər iki tərəfin mənfəətinə olacağını və əlaqələrin yaxşılaşmasına müsbət təsir edəcəyini deyib.
 
İraqda 2014-ci ildə keçirilən islahatların əslində bütün qrupların mərkəzi rəhbərlik daxilində yer almasını əhatə etdiyini, ancaq bunun həyata keçirilmədiyini deyən əl-Cübeyr bu vəziyyətin əslində ortaya çıxan problemlərin təməlini təşkil etdiyini bildirib.
 
Haşdi Şəbi msilahlılarının İrana bağlı olduğunu və bir çox cinayətlərdə izi olduğunu deyən xarici siyasət idarəsinin rəhbəri sözlərinə belə davam edib:
“Haşdi Şəbi Mosula girsə böyük bir böhran və fəlakət olacaq. Fəllucəyə girdiyi zaman da bilirsiniz böyük zülmlər, kütləvi qırğınlar etdi bu qrup. Bu da oradakı məzhəb problemin şiddətlənməsinə səbəb oldu. İraq üçün ən xeyirlisi Mosulun azad edilməsi əməliyyatında öz milli ordusunu və oradakı yerli xalqı istifadə etmək olacaq. Yəni İŞİD-dən xilas olmaq və axan qanın dayanmasını istəyirsə İrana ya da Haşdi Şəbiyə yaxın ya da həddindən artıq radikal qruplardan istifadə etməməlidir. Türkiyənin etdiklərindən də heç bir zaman şübhəmiz olmamışdır. Türkiyənin Suriya mövzusunda dünyagörüşünün heç bir zaman dəyişmədiyini və bu böhranın həlli mövzusunda iki ölkənin mövqeyi eynidir”.
 
 

Şərhlər