İŞİD-lə əlaqəsi olan 2 yeniyetmə tutuldu
15.10.2016 11:09 Dünyadan reaksiya 1005
Fransanın hakimiyyət orqanları qətl hazırlığında şübhəli bilinən iki yeniyetmə barəsində araşdırmaya başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, onların həm də Fransada terror aktlarının təşkilatçısı olmuş İŞİD qruplaşması ilə əlaqədə olduqları güman edilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin agentliyə verdiyi məlumatda bildirilir ki, 21 yaşlı oğlan və 17 yaşlı hamilə qadın Rəşid Kassimlə əlaqədə olublar. Kaşim Fransada bir neçə terror aktına cəhddə, yaxud bilavasitə aktın təşkil edilməsində iştirakda şübhəli bilinir.
Son 1 ay ərzində Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kassimlə əlaqədə olmuş və qətllər planlaşdırmış altı yeniyetməni həbs ediblər. Agentliyin məlumatına görə, Rəşid Kassim hazırda Suriya yaxud İraq ərazisindədir.
Şərhlər