Türkiyədə iki dəfə zəlzələ baş verib
15.10.2016 12:18 Dünyadan reaksiya 993
Türkiyədə iki dəfə zəlzələ baş verib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar Manisa vilayətin Axisar rayonunda qeydə alınıb. Yerli vaxtla saat 4,1-də qeydə alınan birinci zəlzələ 4,1, saat 05:51-də baş vermiş ikinci zəlzələ isə 4,2 bal gücündə olub.
Zəlzələlərin episentri 6,9 və 5,2 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barəsində məlumat verilmir.
Şərhlər