Mosula hücumla bağlı şəhərə minlərlə xəbərdarlıq vərəqi atılıb

16.10.2016 10:43     Dünyadan reaksiya     1070

İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinlərə xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb.
 
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır.
 
Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilir. 
 
Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.
 
 

Şərhlər

Çox oxunanlar