İŞİD 58 komandirini xəyanətə görə edam edib

16.10.2016 10:46     Dünyadan reaksiya     1105

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində onlarla komandirini edam edib. APA-nın “The Times”a istinadən verdiyi xəbərə görə, öldürülən şəxslər şəhərin İŞİD-dən azad olunmasında İraq ordusuna kömək etməkdə ittiham olunublar.
 
Məlumata görə, çevriliş cəhdi planlaşdıran şəxslərdən birinin mobil telefonunda terrorçuların silah və texnikasının yerdəyişməsinə dair yazışma aşkarlandıqdan sonra 54 nəfər öldürülüb.  
 
Öldürülənlərin əksəriyyətinin terror qruplaşmasının yüksək rütbəli rəhbərləri olub.  
 
“Reuters” 58 nəfərin edam olunduğunu qeyd edib. Çevriliş cəhdi planlaşdıran qrupa İŞİD lideri Əbu Bəkr əl-Baqdadinin yerli köməkçisi rəhbərlik edib. Onlar silah və texnikanı hazırkı mövqelərdən geri çəkməyə planlaşdırıblar. Bununla onlar şəhərin İŞİD-dən azad olunmasında İraq ordusuna və qərb koalisiyasına kömək etmiş olacaqdılar.   
 
Mosulun azad olunması İraq hökumətinin əsas məqsədidir. Şəhər 2014-cü ilin iyunundan İŞİD-in nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı hesab edilir. 
 
 

Şərhlər