Birinci ledi Trampın qadınlar haqda dediklərini “qəddar, qorxunc” adlandırdı
16.10.2016 16:46 Dünyadan reaksiya 1099
qadınlar və onların bədənləri barədə dediyi sözləri "qəddar, qorxunc və üzücü" adlandırıb.
"The New York Times" yazır ki, xanım Obama bu sözləri cümə axşamı günü Nyu Hempşirdəki nitqində söyləyib.
"Bu, normal deyil. Bu, adi siyasət deyil. Bu rüsvayçılıqdır. Bu dözülməzdir. ...Heç bir qadın belə münasibətə layiq deyil. Heç birimiz belə təhqirə layiq deyilik. Buna dərhal son qoyulmalıdır"-Mişel Obama bildirib.
Birinci ledi söyləyib ki, bütün dünya Birləşmiş Ştatlara qadın hüquqları və təhsili sahəsində nümunə kimi baxır. "Ancaq bizim gündəlik həyatda qadınları alçaldan, qadınlara cinsi təcavüzlə lovğalanan prezidentimiz olsa, onda dünyada mənəvi nüfuzumuzu necə saxlayarıq? Biz necə azadlıq, ədalət və insan ləyaqətinin mayakı kimi qala bilərik?" – deyə Obama sual edib.
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bir neçə qadına sataşması barədə mətbuatda çıxan yazıları "tam yalan" və "saxta ittihamlar" adlandırıb."Bu hadisələr heç vaxt baş verməyib və bunu deyənlər də bunu çox yaxşı başa düşürlər", cümə axşamı günü Floridada tərəfdarları qarşısında çıxış edən Tramp deyib.
Trump "ortaya qoymağa ciddi dəlilləri" olduğunu və onları "tezliklə uyğun zamanda" açıqlayacağını deyib. O, həmçinin bildirib ki, Hillari və Bill Klintonlar bu əhvalatların saxta olduğunu "çox yaxşı" bilirlər. O, ABŞ mətbuatını Klintonlara sözləşərək onun namizədliyini darmadağın etmək cəhdində suçlayıb.
Trump "New York Times" qəzetindən yaydığı yazının təkzibini tələb edərək nəşri məhkəməyə verməklə hədələyib. Qəzetin hüquqşünası isə məqaləni müdafiə edib və Trump-la məhkəmədə görüşmək fürsətini alqışlayıb.
Hillari Klinton isə Trampa qarşı ən son ittihamlara cavab olaraq adamları Mişel Obamanın nitqini dinləməyə çağırıb. O, birinci ledinin "seçkilərin əhəmiyyəti barədə inandırıcı və güclü arqumentlər" ortaya qoyduğunu deyib.Müşahidəçilər Trampa qarşı ittihamların onun prezident seçilmək şansını ciddi zəiflədə biləcəyini düşünürlər.
Siyasi sayt olan "RealClearPolitics" yazır ki, indi, seçkilərə bir aydan da az qalmış, Klinton ölkə boyu Trampdan 6 faiz irəlidədir. Bir çox respublikaçılar artıq Ağ Evdən əllərini üzərək diqqəti Konqresə nəzarəti qoruyub saxlamağa yönəldirlər.
Şərhlər