Suriyanın Dabık qəsəbəsi İŞİD-dən təmizləndi

16.10.2016 17:07     Dünyadan reaksiya     948

Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alıb.

Virtualaz.org-un məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Hələb əyatləinin Soran bələdiyyəsi də İŞİD terrorçularından təmizlənib.

Xatırladaq ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. İŞİD qəsəbəni 2014-cü ilin avqustunda Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra ələ keçirmişdi.

Ekspertlər bildirirlər ki, Dabıkın qaytarılması İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır.

 

Reaksiya.az

Şərhlər