Misir prokurorluğu prezidentə sui-qəsd planı ilə bağlı istintaqa başladı

16.10.2016 22:22     Dünyadan reaksiya     1001

Misir Baş Prokurorluğu ölkə prezidenti Abdel Fəttah as-Sisiyə qarşı planlaşdırılan sui-qəsd cəhdi və Qahirədə kütləvi iğtişaşa hazırlıqla bağlı cinayət işi açıb.

APA-nın verdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi Aparatı dövlət başçısı da daxil olmaqla, yüksək vəzifəli şəxslərin terror təşkilatı tərəfindən öldürülməsi planı barədə əməliyyat-axtarış tədbirlərinin nəticələrini təqdim edib və istintaq başlayıb.

Terror aktının həyata keçirilməsi üçün minalanmış avtomobillərdən istifadə edilməsinin planlaşdırıldığı üzə çıxıb. İstintaqla bağlı digər məqamlar barədə məlumat verilməyib.

 

Reaksiya.az

Şərhlər