Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar
16.10.2016 22:37 Dünyadan reaksiya 1050
Fransada minlərlə insan ənənəvi ailə modelinə dəstək aksiyası keçiriblər.
“Report” Frans Press agentliyinə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, 23-24 min insan küçələrə axışaraq eynicinsli nikahlara etirazını bildirib.
Aksiya zamanı polis 13 nəfəri saxlayıb. Onlardan 6 nəfər FEMEN hərəkatının aktivistləri olublar. Aksiya zamanı həmin şəxslərin soyunduqları bildirilir. Daha 7 nəfər isə qanunsuz silah gəzdirdikləri üçün saxlanılıblar.
Şərhlər