Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı məlum oldu

16.10.2016 23:40     Dünyadan reaksiya     1044

Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.
 
APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.
 
Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36.22.48  nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək. 
 
 

Şərhlər

Çox oxunanlar