Türkiyə İŞİD-lə bağlı illik hesabat yaydı - 6820 zərbə

17.10.2016 00:24     Dünyadan reaksiya     1048

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında İŞİD-ə aid hədəflərə təxminən “Fırtına” topları vasitəsilə 3537, tanklarla 1128 , zirehli texnika ilə 870, artilleriya qurğularıyla isə 285 atış həyata keçirilib. Toplam olaraq İŞİD-ə endirilən zərbələrin sayı 6820-dir.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin hərbi dairələri məlumat yayıb. Həyata keçirilən əməliyyatlarda 690-dan çox terrorçunun, onlara aid 500-dən çox bina və silah-sursat anbarının məhv edildiyi açıqlanıb.
 
Məlumatda həmçinin ABŞ qüvvələri tərəfindən Mosul ətrafındakı terrorçuların qurudan top atəşləri ilə vurulduğu da qeyd edilib.
 
 

Şərhlər