Tramp: ABŞ-da seçkilər saxtalaşdırılır

17.10.2016 08:57     Dünyadan reaksiya     1038

Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bəyan edib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. 
 
“Report” xəbər verir ki, bu barədə milliarder-namizəd öz şəxsi Twitter hesabında yazıb.
 
“Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - Trampın bəyanatında bildirilir.
 
Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, Amerika KİV-ləri prezident seçkiləri yaxınlaşdıqca onu seçicilərin gözündən salmaq üçün hər bir addımı atırlar.
 
 

Şərhlər

Çox oxunanlar